Zaqatalada rüşvət alan məmura cinayət işi AÇILDI
02 mart 2023 12:38 (UTC +04:00)

Zaqatalada rüşvət alan məmura cinayət işi AÇILDI

Zaqatala rayon İcra Hakimiyyəti başçısının Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri  barədə rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon prokurorluğundan Lent.az-a verilən xəbərə görə, Məhəmməd Huşanovun qeyd olunan vəzifədə işləyərkən müvafiq arayışların verilməsi üçün rüşvət alması və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə  cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17454
avatar

Oxşar yazılar