Zaqatalada kişi fındıq üstündə  qardaşı arvadını dırmıqla   yaraladı
09 dekabr 2025 15:43 (UTC +04:00)

Zaqatalada kişi fındıq üstündə qardaşı arvadını dırmıqla yaraladı

2

Zaqatalada kişi fındıq kollarına görə qardaşı arvadını dırmıqla vurub.

Lent.az xəbər verir ki, hadisə Aşağı Tala kəndində qeydə alınıb.

63 yaşlı kənd sakini Novruz Əhmədov (ad və soyad şərtidir) qardaşı arvadının ona məxsus bağdakı ağaclardan fındıq yığdığını görüb. O, əlindəki dırmıqla qadına yaxınlaşıb və qoluna vuraraq, xəsarət yetirib.

Nəticədə Novruz Əhmədov saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə protokol tərtib olunub.

Barəsində inzibati iş üzrə icraat aparılan Novruz Əhmədov ifadəsində bildirib ki, qardaşı ilə aralarında torpaq sahəsi üstündə mübahisə var:

“Qardaşım və arvadı mənə məxsus torpağa daxil olub fındıq yığırlar. Mübahisənin də əsasını bu təşkil edir. Mübahisə zamanı əlimdəki dırmıq zərərçəkənin qoluna dəydi. Amma sonra yenə həyətdən fındıq yığanda qolunda xəsarət görmədim”.

Zərərçəkən qadın isə bildirib ki, Novruz Əhmədovun onun qoluna dırmıqla vurub xəsarət yetirməsi ekspert rəyi ilə təsdiqlənib. Novruzu bir şərtlə bağışlayar ki, torpaq iddiasından əl çəksin və onlardan üzr istəsin.

Zaqatala rayon Məhkəməsinin qərarı ilə Novruz Əhmədov barəsində 300 manat inzibati cərimə cəzası təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 2367

Oxşar yazılar