Zaqatalada daha bir nəfər göbələkdən zəhərləndi - BİR HƏFTƏDƏ 5-ci FAKT
24 oktyabr 2023 21:07 (UTC +04:00)

Zaqatalada daha bir nəfər göbələkdən zəhərləndi - BİR HƏFTƏDƏ 5-ci FAKT

0

Zaqatalada zəhərlənmə hadisəsi olub.

Lent.az xəbər verir ki, rayonun Aşağı Tala kənd sakini, 2008-ci il təvəllüdlü Aysun Hikmət qızı Mehdiyeva zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət edib.

Müayinə zamanı A. Mehdiyevanın yaşadığı evin həyətyanı sahəsindən göbələk yığıb yedikdən sonra zəhərləndiyi məlum olub.

A. Mehdiyevaya lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxanada davam etdirilir.

Qeyd edək ki, Zaqatalada son bir həftədə 5 nəfər göbələkdən zəhərlənib, onlardan biri ölüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 9411

Oxşar yazılar