Zaqatalada AĞIR QƏZA:  ər-arvad öldü - FOTO  - YENİLƏNİB
23 avqust 2024 20:55 (UTC +04:00)

Zaqatalada AĞIR QƏZA: ər-arvad öldü - FOTO - YENİLƏNİB

Zaqatalada iki minik avtomobili toqquşub, ölənlər var.

Lent.az-ın məlumatına görə, hadisə axşam saat 18:30-da Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun 122-ci kilometrliyində, Zaqatala rayonu Muxax kəndinin inzibati ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “BMW” markalı, 62 BP 419 dövlət nömrə nişanlı minik avtomobili ilə rayonun Əliabad qəsəbə sakini olan qadın sürücünün idarə etdiyi “Opel” markalı, 99 SF 186 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.

Qəzadan sonra “Opel” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

“Opel” markalı avtomobilin sərnişinləri, rayonun Əliabad qəsəbə sakinləri olan ər, 1979-cu il təvəllüdlü Telman Mirzəbəyov və arvadı, 1987-ci il təvəllüdlü Sərcahan Musayeva aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

“Opel” markalı avtomobilin sürücüsü və maşında olan daha iki nəfərin xəsarət aldığı bildirilir.

Əldə olunan məlumata görə, “Opel” markalı avtomobildə olan şəxslər rayonun Muxax kəndinə qonaq gedirlərmiş.

Qəza zamanı həyatını itirən şəxslərin ölümünün dəqiq səbəbinə aydınlıq gətirilməsi üçün meyitlər Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 19:07

Zaqatalada iki minik avtomobili toqquşub, ölənlər var.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə axşam saat 18:30-da Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu “Şimşək” adlanan ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Baş vermiş qəza zamanı iki nəfər hadisə yerində ölüb və yaralıların olduğu bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 29595
avatar

Oxşar yazılar