Zaqatalada 4 yaşlı uşağı motosiklet vurub.
Lent.az-ın məlumatına görə, hadisə axşam saat 20 radələrində rayonun Danaçı kəndi ərazisində baş verib.
Danaçı kənd sakini, 2020-ci il təvəllüdlü Emilya Rəsul qızı İsayevanı motosiklet vurub.
Azyaşlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korposuna yerləşdirlib. E. İsayevanın xəsarətinin yüngül olduğu bildirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.