Zaqatalada zəhərlənmə baş verən "Şah Dönər" BAĞLANDI  - YENİLƏNİB
26 noyabr 2024 12:21 (UTC +04:00)

Zaqatalada zəhərlənmə baş verən "Şah Dönər" BAĞLANDI - YENİLƏNİB

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Zaqatalada baş verən dönər zəhərlənməsinə münasibət bildirib. 

Qrumdan Lent.az-a verilən məlumatda qeyd olunur ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Agentliyin mütəxəssisləri tərəfindən hadisənin baş verdiyi ehtimal olunan Zaqatala rayonunda fəaliyyət göstərən "Şah dönər" adlı dönərxanaya baxış keçirilib, müayinələrin aparılması məqsədilə müvafiq nümunələr götürülərək laborator analizlərə cəlb olunub.

Görülmüş tədbirlərlə iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Qax rayon mərkəzi xəstəxanasından verilən məlumata əsasən, faktla bağlı tibb müəssisəsinə müraciət edən şəxslərə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda müvafiq qurumlarla birgə araşdırmalar davam etdirilir.

Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək.

***

saat 09:38

Zaqatalada kütləvi zəhərlənmə olub.

Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən "Şah Dönər" dönərxanasında baş verib. 25 yaşlı İlqar Əhmədov, 17 yaşlı qız və 8 yaşlı oğlan qida zəhərlənməsi ilə xəstəxanaya daxil olublar.

Onların dönərdən zəhərləndikləri ehtimal olunur. Həmin şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Qeyd edək ki, bu ilin may ayında "Şef dönər" adlı obyektdə də zəhərlənmə hadisəsi olmuşdu. Həmin hadisə zamanı 40 nəfər toyuq ətindən hazırlanan dönərdən zəhərlənərək xəstəxanaya yerləşdirilmişdilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 22167

Oxşar yazılar

Almaniyada   saxlanılan Azərbaycan vətəndaşı azad olundu

Almaniyada saxlanılan Azərbaycan vətəndaşı azad olundu

24 iyul 2025 , 11:25
Rusiyada təyyarə QƏZASI: kimsə sağ qalmadı

Rusiyada təyyarə QƏZASI: kimsə sağ qalmadı

24 iyul 2025 , 11:22
Bir günə 11 nəfər  itkin düşdü

Bir günə 11 nəfər itkin düşdü

24 iyul 2025 , 10:28
Xanhüseyn Kazımlı vəfat etdi

Xanhüseyn Kazımlı vəfat etdi

24 iyul 2025 , 09:43
Qusarda narkotik çəkən sürücü həbs olundu

Qusarda narkotik çəkən sürücü həbs olundu

24 iyul 2025 , 09:33
Şəkidə FACİƏ:  3 aylıq körpə boğulub öldü

Şəkidə FACİƏ: 3 aylıq körpə boğulub öldü

24 iyul 2025 , 09:31
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

24 iyul 2025 , 09:24
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

24 iyul 2025 , 08:18