Zaqatalada 29 yaşlı qadın dəm qazından zəhərlənərək öldü
14 yanvar 2025 08:50 (UTC +04:00)

Zaqatalada 29 yaşlı qadın dəm qazından zəhərlənərək öldü

Zaqatalada bir uşaq anası dəm qazından zəhərlənərək ölüb.

Lent.az-ın məlumatına görə, hadisə yanvarın 13-ü axşam saatlarında rayonun Yengiyan kəndində baş verib.

Belə ki, 1995-ci il təvəllüdlü Yengiyan kənd sakini Asiyət Natiq qızı Babayeva yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

A. Babayevanın ölümünün dəqiq səbəbini öyrənmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, A. Babayeva rayonun Kəpənəkçi kəndində ərdə olub.

O, bir il əvvəl yoldaşından ayrılaraq azyaşlı övladı ilə anasıgildə yaşayırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13407
avatar

Oxşar yazılar