Zaqatalada 250 evi sel suları basdı
21 may 2024 08:25 (UTC +04:00)

Zaqatalada 250 evi sel suları basdı

Leysan yağışları səbəbindən Zaqatalada 250-yə yaxın evin həyətyanı sahəsini sel suları basıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, mayın 20-i axşam saat 22 radələrindən başlayaraq Zaqatala rayonu ərazisində leysan yağışı yağıb, rayon mərkəzidə daxil olmaqla ətraf yaşayış məntəqələrinə 3-4 dəqiqə ərzində dolu düşüb.

Leysan yağışları gecə saatlarında rayon mərkəzindən 25 km uzaqlıqda yerləşən 3-cü Tala kəndinin inzibati ərazisində daha çox müşahidə olunub.

Kəndin inzibati ərazisinə yağan güclü leysan yağışları səbəbindən kənd daxili və kəndin ətrafındakı kiçik tutumlu çaylarda və kanallarda sel sularının yaranmasına səbəbəb olub.

Sel suları kəndin 250-yə yaxın həyətyanı sahəsinə dolub, 20-dən yuxarı evin zirzəmisinə və yaxud birinci mərtəbəsinə yağış suları dolub.

Leysan yağışı üzündən kənd sakinlərinin xeyli sayda toyuq-cücəsi təlaf olub.

Daha bir nəfər kənd sakini İbrahim Ramazan oğlu İmamhüseynovun şəxsi təsərrüfatında yetişdirmək üçün götürdüyü ipık qurdu leysan yağışlarının yaratdığı sel suları alıtında qalaraq təlaf olub.

Hazırda müvafiq qrum nümayəndələri ərazidə lesyan yağışlarının yaratdığı fəsadları aradan qaldırmaq istiqamətində işlər aparır, əhaliyə dəymiş ziyanın miqyasını müəyənləşdirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10860
avatar

Oxşar yazılar