Zaqatala sakini narkotiki yağışdan qorumaq üçün evə apararkən tutuldu - FOTO
20 yanvar 2023 12:50 (UTC +04:00)

Zaqatala sakini narkotiki yağışdan qorumaq üçün evə apararkən tutuldu - FOTO

Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, şöbəyə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon sakini, əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Nail Hüseynov tutulub.

Onun üzərinə keçirilən baxış zamanı yarım kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs üzərindən aşkarlanan narkotiki oktyabr ayında çaylaq ərazisində gizlətdiyini və havaların yağışlı olması ilə əlaqədar yaşadığı ünvana aparmaq istədiyini bildirib.

Faktla bağlı rayon polis şöbəsində müvafiq araşdırmalar davam etdirilir.

Nail Hüseynov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1680
avatar

Oxşar yazılar