Zaqatalada şəlaləyə gedərkən yüksək dağlıq-meşəlik ərazidə itkin düşən Bakı şəhər sakinləri düşdüyü dərədən çıxarılıb.
Lent.az xəbər verir ki, ötən gün günorta saatlarında rayonun Qəbizdərə kənd inzibati ərazisinin yaxınlığında Zaqatala Dövlət Qoruğu ərazisində yerləşən şələləyə gedərkən yolu azıb dərəyə düşən Bakı şəhər sakinləri 27 yaşlı Əli Əlizadə və 24 yaşlı Əbdül Rzayev artıq ərazidən çıxarılıb və rayon mərkəzinə gətirilirlər.
Əli Əlizadə və Əbdül Rzayev müayinə edilmək üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.