Yüksək rütbəli iki prokuror təqaüdə göndərildi
28 noyabr 2022 15:40 (UTC +04:00)

Yüksək rütbəli iki prokuror təqaüdə göndərildi

Baş Prokurorluq Prokurorluğun bir sıra işçilərinin qulluqda olmanın son yaş həddinə çatmalarına görə qulluqkeçmələrinə xitam verilməsi barədə məlumat yayıb.

Baş Prokurorluqdan Lent.az-a daxil olan məlumatda bildirilir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Azərbaycan Respublikası Baş Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Zeynalov Rauf Nurəddin oğlu və Dövlət ittihamının müdafiəsi idarəsində şöbənin böyük prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunu qulluq keçmələrinə xitam verilmələri ilə əlaqədar Baş prokuror Kamran Əliyev 28.11.2022-ci il tarixdə Baş Prokurorluğun inzibati binasında qəbul edib, Rauf Zeynalov “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, Müstəcəb Əliyev isə “Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif edib və onlara hədiyyələr təqdim olunub. 

# 3087
avatar

Oxşar yazılar