Yol qəzasında xəsarət alan qadın  XƏSTƏXANADA ÖLDÜ
19 iyun 2021 18:00 (UTC +04:00)

Yol qəzasında xəsarət alan qadın XƏSTƏXANADA ÖLDÜ

0

Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Soğanverdilər kəndində baş verib.

Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək yol kənarına düşüb. Nəticədə avtomobildə olan sərnişin 1996-cı il təvəllüdlü Aslanova Fərqanə İslam qızı müxtəlif dərəcəli bədən xəsarəti alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, F.Aslanovanın vəziyyəti ağır olduğu üçün həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1724

Oxşar yazılar