Yevlaxda üzərinə daş hasar uçan qadın ölüb.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə şəhərin “İnternat məktəbi” adlanan ərazisində qeydə alınıb.
Hadisə nəticəsində 20 yaşlı Hüseynova Nərmin Rafiq qızı aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.