Yevlaxda ağır QƏZA:  - Sürücünün qolu üzüldü
26 iyul 2021 21:33 (UTC +04:00)

Yevlaxda ağır QƏZA: - Sürücünün qolu üzüldü

Yevlaxda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Gülövşə kəndi istiqamətindən keçən magistral yolda baş verib.

Hadisə zamanı "VAZ 2106" və "VAZ 2107" markalı avtomobillər toqquşub. Qəza nəticəsində "VAZ 2106"-nın sürücüsü ağır xəsarət alıb, onun bir qolu üzülüb. Yaralı xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, həmin sürücü avtomobili sərxoş vəziyyətdə idarə edirmiş.

Faktla bağlı araşdırma aparılır.

# 1938
avatar

Oxşar yazılar