Yevlax-Zaqatala-Gürcüstan yolunda qəza: xəsarət alanlar var
24 iyun 2021 08:08 (UTC +04:00)

Yevlax-Zaqatala-Gürcüstan yolunda qəza: xəsarət alanlar var

İyunun 23-ü axşam saat 23 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu Cumakənd kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində rayonun Baş Laysqı kənd sakinləri - 1976-cı il təvəllüdlü Pərvanə Vaqif qızı Hüseynova, 1995-ci il təvəllüdlü Şamxal Abid oğlu Hüseynov və Cumakənd kənd sakini, 1985-ci il təvəllüdlü Elçin Vaqif oğlu Abdullayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Yaralılardan P.Hüseynovanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır qiymətlənir. Digər yaralıların vəziyyəti yüngül olduğundan ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. 
Faktla bağlı araşdırma aparılır. 

# 1368
avatar

Oxşar yazılar