Meksikanın Zakatekas əyalətində 9-u yerüstü keçiddən asılmış vəziyyətdə, biri isə yol kənarında olmaqla 10 cəsəd tapılıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Zakatekas İctimai Təhlükəsizlik Departamenti bu barədə açıqlama verib.
Bildirilib ki, ölkənin ən güclü kartelləri narkotik dəstələri üçün strateji əhəmiyyətli Zakatekas əyalətinə nəzarət etmək üçün tez-tez toqquşurlar. Tapılan çılpaq meyitlər də həmin toqquşmalar zamanı öldürülən şəxslərdir.
Federal məlumatlar göstərir ki, bu ilin ilk 9 ayında Meksikada 25 mindən çox adam öldürülüb.