Yeniyetmə oğlan  YOXA ÇIXDI  - FOTO
18 noyabr 2021 10:20 (UTC +04:00)

Yeniyetmə oğlan YOXA ÇIXDI - FOTO

Xaçmazda 17 yaşlı yeniyetmə itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Xaçmaz rayon sakini, 17 yaşlı Famil Əşrəfov sentyabr ayının 19-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

F.Əşrəfov 172 sm boylu, arıq bədən quruluşludur.

Evdən çıxarkən onun əynində göy rəngli idman kurtkası və şalvarı, qarışıq rəngli köynək və ağ-qara rəngdə idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1443
avatar

Mehman Nəbiyev

Oxşar yazılar