Yeniyetmə ilə cinsi əlaqədə olan müəllim işdən qovuldu
01 noyabr 2023 13:31 (UTC +04:00)

Yeniyetmə ilə cinsi əlaqədə olan müəllim işdən qovuldu

Çelyabinsk vilayətində yeniyetməni aldadıb cinsi əlaqədə olmaqda şübhəli bilinən müəllim işdən uzaqlaşdırılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, müəllim oktyabrın 23-dən xəstəlik məzuniyyətindədir. O, qayıdan kimi vəzifəsindən uzaqlaşdırılacaq.

Oktyabrın 26-da hüquq-mühafizə orqanları qadına qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə “On altı yaşına çatmamış şəxslə cinsi əlaqə və cinsi xarakterli digər hərəkətlər” ilə cinayət işi açıb. Oktyabrın əvvəlində müəllimə qarşı ifadə verilib. Günahı sübut olunarsa, onu 4 ilə qədər həbs gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5374

Oxşar yazılar