Daşksəndə intihar hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Çovdar kəndində qeydə alınıb.
Ağdaş rayon sakini, 1994-cü il təvəllüdlü Səbuhi Süleymanov idarə etdiyi ekskavatordan özünü asıb. Onun meyti iş yoldaşları tərəfindən asılmış vəziyyətdə tapılıb. Meyit müayinə olunmaq üçün adiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki, S.Süleymanov nişanlı olub, onun yaxın günlərdə toyu olacaqdı. Mərhumun hansı səbəbdən intihar etdiyi məlum deyil. S.Süleymanov şirkətlərin birində ekskavator sürücüsü işləyib. Faktla bağlı araşdırma aparılır.