Yasa gedən Bakı sakinləri QƏZAYA DÜŞDÜ
09 iyul 2022 14:56 (UTC +04:00)

Yasa gedən Bakı sakinləri QƏZAYA DÜŞDÜ

Qaxa hüzr mərasiminə gedən Bakı sakinləri yol qəzasına düşüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 09:30-da Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 98-ci kilometrliyində, Oğuz rayonu ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakininin idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Qəza zamanı sürücü yüngül xəsarət alıb, eyni zamanda, avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı Bakı şəhər sakini 1967-ci il təvəllüdlü Mədinə Ələfsər qızı Rəsulova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Mədinə Rəsulovaya xəstəxanada ilkin yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Qəzaya düşən şəxslərin Qax rayonuna hüzr mərasiminə getdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

# 1500
avatar

Oxşar yazılar