YAP-ın sədr müavini  qəzada öldü   - FOTO
02 avqust 2022 20:53 (UTC +04:00)

YAP-ın sədr müavini qəzada öldü - FOTO

0

Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvarı yol qəzası baş verib. 

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabadın Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb. 

“Mercedes” markalı minik və yük maşınlarının, “VAZ-2107” markalı minik avtomobilinin toqquşması nəticəsində Salyan sakini, 1990-cı il təvəllüdlü Fazil Sabir oğlu Məhərrəmov ölüb.

Onun YAP Salyan rayon təşkilatının sədr müavini olduğu bildirilir. 

6 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4611

Oxşar yazılar