Xızıda yetişdirilən çətənə kolları
14 iyun 2021 10:02 (UTC +04:00)

Xızıda yetişdirilən çətənə kolları

Xüsusi qaydada narkotik əkib-becərirdi - FOTO

Xızıda narkotik alverçisi tutulub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Xızı rayon Polis Şöbəsi əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirib. Nəticədə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Sitalçay qəsəbə sakini Mansur Muqbilov saxlanılıb.

Onun qəsəbə ərazisində yerləşən evinə keçirilən baxış zamanı oradan 3 kibrit qutusunda qablaşdırılmış qurudulmuş marixuana, eləcə də həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 11 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla bağlı Xızı rayon Polis Şöbəsinin İstintaq Qrupunda cinayət işi açılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1641
avatar

Mehman Nəbiyev

Oxşar yazılar