İcazəsiz Xocavəndə gedənlər
18 oktyabr 2021 10:15 (UTC +04:00)

İcazəsiz Xocavəndə gedənlər

Xocavəndə metal üçün gedənlər tutuldu

Xocavəndin işğaldan azad edilmiş ərazilərinə icazəsiz daxil olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, oktyabr ayının 17-də rayonun Binə kəndi ərazisində təyin edilən nəzarət postunda Göygöl rayon sakini Ariz Abdullayevin idarə etdiyi “Kamaz” markalı avtomobil prosedur qaydasına uyğun olaraq saxlanılıb. 

Yoxlama zamanı A.Abdullayevin sərnişinləri – Göygöl rayon sakini Qürbət Qocayev və Orxan Paşayev ilə birgə müvafiq icazələri olmadan rayon ərazisinə daxil olduqları müəyyən edilib.

Avtomobilin yük yerinə baxış zamanı əlvan metallar da aşkar edilərək götürülüb.

Fatla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1611
avatar

Mehman Nəbiyev

Oxşar yazılar