Xırdalanda avtoqəza:  Xəsarət alan var - FOTO
01 iyul 2021 01:18 (UTC +04:00)

Xırdalanda avtoqəza: Xəsarət alan var - FOTO

Abşeron rayonu, Xırdalan şəhərində iki avtomobil toqquşub.

APA xəbər verir ki, yol qəzası Heydər Əliyev prospektində baş verib.

Fəxrəddin Məmmədov idarə etdiyi “VAZ 2114” markalı avtomobillə prospektdə hərəkətdə olan zaman eyni istiqamətdə gedən “BMW” ona çırpılıb. Qəza nəticəsində “VAZ 2114” markalı avtomobildə olan sərnişin Fəridə Məmmədova müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2120

Oxşar yazılar