Xilasedicilər fikrindən daşındırdı - AZƏRBAYCANDA İNTİHARA CƏHD
28 iyun 2021 00:17 (UTC +04:00)

Xilasedicilər fikrindən daşındırdı - AZƏRBAYCANDA İNTİHARA CƏHD

0

Masallıda intihara cəhdin qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Masallı rayonunda 1 nəfər dördmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-dən Lent.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1512

Oxşar yazılar