Xəzərin sahilində körpə meyiti   tapıldı-YENİLƏNİB
31 mart 2024 14:50 (UTC +04:00)

Xəzərin sahilində körpə meyiti tapıldı-YENİLƏNİB

Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində, dəniz sahilində uşaq meyitinin aşkar edilməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Lent.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluqdan sorğuya cavab olaraq bildirilib.

***

saat 13.08

Xəbərə foto əlavə edilib.

***

saat 12.29

Sumqayıtda dəniz sahilində uşaq meyiti tapılıb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, meyit Zeynalabdin Tağıyev adına qəsəbədə dəniz sahilində aşkarlanıb.

Meyitin yaş yarımlıq uşağa aid olduğu bildirilir, lakin meyitin əraziyə hansı şəraitdə və kim tərəfindən atıldığı məlum deyil.

Meyit ərazidən götürülüb.

Fakt araşdırılır.

# 4317
avatar

Oxşar yazılar