Astarada dənizdə boğularaq ölən şəxsin kimliyi məlum olub.
APA-nın Cənub bürosunun verdiyi məlumata görə Astara çimərliyində boğularaq ölən şəxs rayonun Şahagacı kənd sakini 2006-cı il təvəllüdlü Rəsul Rasim oğlu Həsənovdur.
R.Həsənovun cəsədi bu səhər saat 07:14 radələrində tapılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
***
saat 07.53
Astarada dənizdə batan uşağın axtarışları başa çatıb.
Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, 22.07.2023-cü il tarixində Astara rayonu, Şahağac kəndində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfər uşağın axtarışları başa çatıb.
"Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib", - deyə nazirliyin yaydığı məlumatda bildirilib.
***
22.07.2023
Saat 16:50
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Astara rayonu, Şahağac kəndində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən Lent.az-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Cənub" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.