Xəzərdə qanunsuz nərə balığı ovlayanlar tutuldu -  RƏSMİ
23 iyun 2021 19:02 (UTC +04:00)

Xəzərdə qanunsuz nərə balığı ovlayanlar tutuldu - RƏSMİ

Bir qrup şəxsin qanunsuz balıq ovlaması barədə Dövlət Sərhəd Xidmətindən daxil olan məlumat əsasında Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokuroluqdan Lent.az-a verilən məlumata görə, istintaqla müəyyən edilmişdir ki, Elmar Babayevin təşkilatçılığı və rəhbərliyi ilə Bəhruz Mirzəyev, Raqib Əhmədov, Xəyal Bəxtiyarov və Qismət Mürşüdov nərə cinsli balıqların qanunsuz ovlanması məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeydiyyatsız və bort nömrəsiz, «Bayda» tipli üzmə vasitəsi ilə 2021-ci il iyunun 15-dən 19-dək olan müddətdə Xəzər dənizindən qanunsuz olaraq 620 kq çəkidə 106 ədəd nərə cinsli balıq tutmaqla ümumilikdə təbiətə 21 min 200 manat, yəni külli miqdarda ziyan vurmuşlar.

Adları çəkilənlər Cinayət Məcəlləsinin 256.3 (qoruqların ərazisində və ya fövqəladə yaxud təhlükəli ekoloji vəziyyət zonasında balıq və digər su bioresurslarının qanunsuz tutulması) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

# 1080
avatar

Oxşar yazılar

Qatil qeyri-adi şəkildə  həbsxanadan   qaçdı

Qatil qeyri-adi şəkildə həbsxanadan qaçdı

28 mart 2024 , 19:38
Bakıda kafedə ÖLÜM

Bakıda kafedə ÖLÜM

28 mart 2024 , 19:18
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ

Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ

28 mart 2024 , 18:03
Mingəçevirdə yataqxanada yanğın - VİDEO

Mingəçevirdə yataqxanada yanğın - VİDEO

28 mart 2024 , 18:02
Taleh Qaraşovun qardaşı oğluna AĞIR CƏZA

Taleh Qaraşovun qardaşı oğluna AĞIR CƏZA

28 mart 2024 , 17:08
Bakıda evdən  meyit   tapıldı

Bakıda evdən meyit tapıldı

28 mart 2024 , 16:23
Qadın 6 min dollardan çox pulu  pəncərədən   atdı

Qadın 6 min dollardan çox pulu pəncərədən atdı

28 mart 2024 , 16:12
Azad Rəhimovun oğlu dindirildi - Bakı Şəhər Halqasında korrupsiya

Azad Rəhimovun oğlu dindirildi - Bakı Şəhər Halqasında korrupsiya

28 mart 2024 , 15:44