“Xəzər” kafesində saxlanılan  kriminal avtoritet Həsənov   buraxıldı
19 oktyabr 2023 15:41 (UTC +04:00)

“Xəzər” kafesində saxlanılan kriminal avtoritet Həsənov buraxıldı

Yekaterinburqda saxlanılan Dağıstan əsilli kriminal avtoritet Marsel Həsənov evə buraxılıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk idarəsinin mətbuat xidmətinin rəhbərinə istinadən xəbər verib.

Məlumat verildiyi kimi, oktyabrın 18-də “Xəzər” kafesinin yaxınlığında bir qrup şübhəli şəxs saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları sənədləri yoxlayıblar və onların avtomobilində “Makarov” tapançasına bənzər əşyalar aşkar edilib. Nəticədə M.Həsənov da daxil olmaqla saxlanılan şəxslər evlərinə buraxılıblar. Lakin təhlükəsizlik qüvvələrinin onları izləməkdə davam edəcəyi bildirilir. 

Bəzi məlumatlara görə, Həsənov həbs olunmazdan əvvəl digər “qanuni oğru” Qiya Sverdlovski (Georgi Akoev) ilə münaqişəyə girib.

Marsel Həsənov 2019-cu ilin dekabrında qanunsuz silah saxlamaqda təqsirli bilinib və bundan əvvəl o, quldurluğa görə cəza çəkib və 2016-cı ildə təqribən altı il həbsxanada yatdıqdan sonra həbsdən azad edilib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3567
avatar

Oxşar yazılar