Rusiyanın Volqoqrad vilayətinin İlovlinski rayonunda poliklinikaya gələn xəstə qalmaqal yaradıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, həkim-terapevt xəstəyə irad bildirdiyi üçün o, çantasından silah çıxararaq həkimi hədələyib.
Bundan sonra hadisə yerinə polis gəlib. Polislər idman tipli silahı qadından götürüb və onu tutublar.
Məhkəmə ballistik ekspertizası həmin tapançanın yararsız olduğunu bildirib. 35 yaşlı qadın inzibati məsuliyyətə cəlb edilib.