Zəminə Dünyamalıyeva: “Milli Şura MSK-dan əvvəl Rüstəm İbrahimbəyovdan imtina etdi”
28 avqust 2013 12:37 (UTC +04:00)

Zəminə Dünyamalıyeva: “Milli Şura MSK-dan əvvəl Rüstəm İbrahimbəyovdan imtina etdi”

“Avqustun 12-də prezidentliyə namizəd olmaqdan imtina edən Cəmil Həsənli, 10 gün sonra buna razılıq verir”

 

 “Açıq Cəmiyyət Partiyasından olan Milli Şura üzvləri sonuncu sessiyada keçirilən səsvermədə iştirak etməsə də, mən həmin səsvermədə iştirak etdim və əlavə vahid namizəd ideyasının, o cümlədən Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsinin əleyhinə səs verdim”.

 

Bunu APA-ya Açıq Cəmiyyət Partiyası (ACP) Ali Məclisinin sədri, Milli Şuranın üzvü Zəminə Dünyamalıyeva deyib.

 

Z. Dünyamalıyeva bildirib ki, Milli Şuranın perspektivini görmür: “Rüstəm İbrahimbəyov avqustun 12-də keçirilən sessiyaya göndərdiyi məktubda bildirmişdi ki, avqustun 15-ə kimi sənədlərinin qaydasına salınması mümkün olmayacaq. Tələsən varsa, hərə öz partiyasından namizədliyini irəli sürsün. Lakin proses başqa cür nizamlandı. Vahid namizədin müəyyənləşməsi və bunun müdafiəsi çox ciddi məsələdir. Biz bu mənada Rüstəm İbrahimbəyovun namizədliyini sona qədər müdafiə etməliydik. Milli Şurada nə etdilər? Mərkəzi Seçki Komissiyasının qərarından əvvəl Rüstəm İbrahimbəyovdan imtina etdilər. Yəni Milli Şura üzvləri çox məntiqsiz və cılız qərara səs verdilər”.  

 

Onun fikrincə, irəli sürülən vahid namizədin qeydiyyata alınması uğrunda sona qədər mübarizə aparılmalıydı: “Bu qərar seçkidə iştirakın asan və nəticəsiz yoludur”.

 

Z. Dünyamalıyevanın sözlərinə görə, ACP-nin bu qərarın əleyhinə danışmasına haqqı çatır. Çünki Milli Şuranın yaradılmasında, partiyaların bir araya gəlməsində ACP böyük əmək sərf edib: “Düşünürəm ki, əlavə vahid namizədlə iştirak olan yerdə, bizim yerimiz yoxdur. Bu mövqeyimi partiyada müdafiə etmək niyyətindəyəm”.

 

O, C. Həsənlini də bəzi fikirlərinə görə, tənqid edib: “Avqustun 12-də prezidentliyə namizəd olmaqdan imtina edən şəxs, 10 gün sonra buna razılıq verir. Onun prezident seçkilərində qalib gələcəyinə iddia etməsi isə reallığı əks etdirmir. Çünki bu qısa müddətdə heç bir şəxs uğurlu kampaniya apara bilməz. Heç bir ölkədə bu mümkün olmayıb”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606
avatar

Oxşar yazılar

Abbas Şahmuradov Bakı həbsxanasında ÖLDÜ

Abbas Şahmuradov Bakı həbsxanasında ÖLDÜ

5 dekabr 2024 , 16:05
4 nəfəri aldadıb  kartına pul köçürən Bakı sakini tutuldu

4 nəfəri aldadıb kartına pul köçürən Bakı sakini tutuldu

5 dekabr 2024 , 15:52
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

5 dekabr 2024 , 13:46
Qaçaqmalçı Şaxta baba  axtarışa verildi

Qaçaqmalçı Şaxta baba axtarışa verildi

5 dekabr 2024 , 13:29
Rüfət Səfərovun həbsinin  YENİ DETALLARI

Rüfət Səfərovun həbsinin YENİ DETALLARI

5 dekabr 2024 , 13:19
Kişi evə ayaqqabı ilə girən  təcili yardım həkimlərini döydü

Kişi evə ayaqqabı ilə girən təcili yardım həkimlərini döydü

5 dekabr 2024 , 13:03
Fazil Qasımovun məhkəməsi başladı

Fazil Qasımovun məhkəməsi başladı

5 dekabr 2024 , 13:00
2 yeniyetmə oğlan intihar etdi

2 yeniyetmə oğlan intihar etdi

5 dekabr 2024 , 12:24