Zavoda basqın edən dəstə üzvü: “Seyfi laqunda ilə kəsdik, 60 min manat pul çıxdı”
10 noyabr 2015 13:33 (UTC +04:00)

Zavoda basqın edən dəstə üzvü: “Seyfi laqunda ilə kəsdik, 60 min manat pul çıxdı”

Xəzər rayon ərazisində törədilmiş quldurluq hadisənin üstü açılıb. APA TV-nin məlumatına görə, əməliyyatı Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşları həyata keçiriblər. Qeyd edək ki, sentyabrın 7-də  Xəzər rayonunun Zirə qəsəbəsində fəaliyyət göstərən "Gök-Nur" Bakı Kabel Zavoduna naməlum şəxslər hücum edərək oradan quldurluq yolu ilə 60000 manat və 10 min ABŞ dolları aparıblar.
 
Saxlanılan şəxs Anar Quliyev basqının təfərrüatlarını açıqlayıb: “Zavoda girəndə birinci mühafizəçilərin otağına girdik. Başımızda maska, əynimizdə dəst paltar, birimizin əlində pnevmatik tapança vardı. Qalxdıq sonra seyf olan yerə”
 
2 ay bağlı qalan cinayət işi ilə bağlı  çoxsaylı şəxslər dindirilsə də, BŞBPİ-nin əməkdaşlarının səyi nəticəsində hadisədə iştirak edən bütün şəxslər saxlanılıb. Bunlar Bakı şəhər sakinləri Təmkin Salmanlı, Samir Quliyev, Mehman Əsədullayev, Anar Quliyev, Natiq Sulxayev, Toğrul İbrahimov və Fərid Məmmədovdur . İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər zavoda basqın edən zaman maska kimi istifadə etdikləri papaqlar vasitəsi ilə üzlərini gizlədiblər. A. Quliyev əlində olan pnevmatik tapança ilə zavodun mühafizəçisinə hədə-qorxu gəlib, digər dəstə üzvləri mühafizəçinin əl-qolunu bağlayandan sonra onlar seyf olan otağa daxil olublar. 
 
Saxlanılan şəxslərdən Toğrul İbrahimov seyfi kəsmək üçün özləri ilə xüsusi alət gətirdiklərini deyib: “Mühafizəçinin əl-qolunu bağladılar. Sonra keçdilər mətbəxə, seyfi gətirdilər. Dedilər, qalx yuxarı. Qalxdım. Laqunda gətirmişdik, mənə dedilər ki, kəs. Kəsdim, içindəki pulları götürdük. Sonra getdik. 2 gündən sonra görüşdük, mənə 10.000 pul verdilər”. 
 
Oğurlanan pullar  quldurluq hadisəsində adamların oynadıqları rollara uyğun olaraq bölünüb. Quldurların seyfdə pul olduğu barədə haradan xəbər tutduqları isə açıqlanmır. Faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 168
avatar

Oxşar yazılar