<span style="color:red;">Qandonduran olay:  gənc oğlanın əllərini balta ilə kəsdilər - <span style="color:red;">TƏFƏRRÜAT  - <span style="color:red;">YENİLƏNİB
30 noyabr 2015 13:24 (UTC +04:00)

Qandonduran olay: gənc oğlanın əllərini balta ilə kəsdilər - TƏFƏRRÜAT - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Zaqatalada törədilmiş dəhşətli cinayətlə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, noyabrın 28-də Zaqatala şəhərində şəhər sakini Araz Musayev münaqişə zəminində həmyerlisi Vüsal Bəşirovun qollarının bilək nahiyəsinə balta ilə xəsarət yetirib.

Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Musayev tutulub.

 

*****

 

10:35

 

Zaqatala rayonunda baş vermiş dəhşətli hadisənin təfərrüatları məlum olub. Lent.az-ın məlumatına görə, Zaqatala şəhər sakini 26 yaşlı Vüsal Bəşirovun əllərinə borclu olduğu şəxslər kəsiblər. Zərərçəkənin atası bildirib ki, oğlu şənbə günü Bakıdan rayona qayıdıb. Bundan xəbər tutan həmin şəxslər Vüsalı evdən çağırıblar və naməlum istiqamətə aparıblar. Bir müddət sonra oğlunun telefonuna zəng edən Vahid Bəşirova cavab verən şəxs artıq Vüsalın əllərini kəsdiklərini bildirib.

 

Zərərçəkənin atası bildirib ki, oğlunun həmin şəxslərə pul borcu olub və bir müddət əvvəl borcun 300 manatını qaytarıb. Borc tam ödənilmədiyindən həmin şəxslər Vüsalı izləyirmiş.

 

Onu da bildirək ki, V.Bəşirovun hər iki əli biləkdən amputasiya olunub. Həkimlər onun kəsilmiş əllərini bərpa edə bilməyib. 

 

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayətişi açılıb, hadisəni törətməkdə şübhəli bilinən 30 yaşlı Araz Musayev artıq saxlanılıb. Araşdırmalar davam etdirilir.

 

 

*****

 

16:20

 

Zaqatalada 26 yaşlı gəncə xüsusi amansızlıqla xəsarət yetirilib.

Lent.az anspress-ə istinadən xəbər verir ki, noyabrın 29-na keçən gecə iki Zaqatala rayonu sakini Vüsal Bəşirovun qollarını bilək nahiyəsindən kəsiblər.

Hər iki əlini itirən Vüsal Bəşirovun atası Vahid Bəşirovun verdiyi məlumata görə, oğlu ilə yoldaşlıq münasibətləri olan Rəşad adlı şəxs axşam saatlarında Vüsalı evdən çağıraraq onunla söhbət etmək istədiyini bildirib.

Vüsalın atasının narahat olduğunu görən Rəşad ona deyib ki, oğlu ilə sadəcə hal-əhval tutmaq istəyir. Bundan sona Rəşad və onunla olan digər rayon sakini Vüsalı maşınla rayona yaxın ərazidə yerləşən asma körpü deyilən çaylağa aparıblar. Bundan yarım saat sonra isə həmin şəxslər Vahid Bəşirova zəng vuraraq, oğlunun əllərini biləkdən kəsdiklərini söyləyiblər. Eyni zamanda bildiriblər ki, əgər oğlun sağ qalıbsa indi xəstəxanaya aparılır, gedib orda görə bilərsən.

Dərhal xəstəxanaya gələn ata oğlu ilə xəstəxananın girişinda qarşılaşıb. Həkimlər ağır vəziyyətdə olan gəncə dərhal ilkin tibbi yardımlar göstərib və üzərində cərrahiyyə əməliyyatı aparıblar. Hazırda 26 yaşlı Vüsal Bəşirovun vəziyyəti ağırdır.

Cinayət zamanı şübhəli şəxslər baltadan istifadə ediblər. Atası həmçinin yeganə övladı olan oğlunun bir müddətdir vərəm xəstəliyindən əziyyət çəkdiyini də bildirib.

Faktla bağlı Zaqatala rayon polis şöbəsindən bildirilib ki, hələlik hadisəni törədənlərdən heç kim saxlanılmayıb. Hazırda şübhəli şəxslərin tutularaq, istintaqa cəlb olunması ilə əlaqədar əməliyyat tədbirləri keçirilir.

 

`````

 

Zaqatalada 26 yaşlı gəncin müəmmalı şəkildə qolları kəsilib. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən xəbərə görə, noyabrın 28-i saat 23:45 radələrində Zaqatala şəhəri Azərbaycan prospekti bina 39-da yaşayan 1989-cu il təvəllüdlü Vüsal Vahid oğlu Bəşirov hər iki qolunun bilək nahiyəsindən əllərinin tamamilə kəsilmiş xəsarəti ilə xəstəxanaya daxil olub.

 

Hazırda 26 yaşlı Vüsal Bəşirov əməliyyata qaldırılıb. Onun qollarınıda əməliyyat aparılır.

 

 

Faktla bağlı Zaqatala rayon polis şöbəsi tərəfindən araşdırma aparılır. 

# 224
avatar

Nizam Rza

Oxşar yazılar

Azərbaycanlıların yaşadığı 15 kəndlə əlaqə kəsidi

Azərbaycanlıların yaşadığı 15 kəndlə əlaqə kəsidi

26 may 2024 , 18:52
Kür məcradan çıxır

Kür məcradan çıxır

26 may 2024 , 16:21
Astaraya qonaq gedən əcnəbi kürəkən  öldü

Astaraya qonaq gedən əcnəbi kürəkən öldü

26 may 2024 , 14:06
Qazaxda çay daşdı - YENİLƏNİB

Qazaxda çay daşdı - YENİLƏNİB

26 may 2024 , 12:53
Siyəzəndə 45 yaşlı kişi  özünü güllələdi

Siyəzəndə 45 yaşlı kişi özünü güllələdi

26 may 2024 , 11:43
Bakıda yaşayış binasında YANĞIN

Bakıda yaşayış binasında YANĞIN

26 may 2024 , 10:13
Nardarandakı bu çimərliklə bağlı  QƏRAR

Nardarandakı bu çimərliklə bağlı QƏRAR

25 may 2024 , 22:57
Lənkəranda 2 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

Lənkəranda 2 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

25 may 2024 , 20:24