Müdafiə Nazirliyi iyulun 19-da saat 23.40 radələrində Tərtər-Hindarx yolunun Köçərli kəndi ərazisində içərisində hərbi qulluqçular olan minik avtomobili qəzaya uğraması ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məumata görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əhlimanlı Koroğlu Elman oğluna məxsus "VAZ 2107" markalı avtomobildə idarəetmənin itirilməsi nəticəsində qəza baş verib.
Nəticədə leytenant Əsgərzadə Anar İlham oğlu (19.05.1990-cı il təvəllüdlü, 2008-ci il tarixdə Zaqatala rayonundan hərbi xidmətə çağırılıb) vəfat edib.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Rəfizadə Nurlan Rəfail oğlu (19.07.1994-cü il təvəllüdlü, 30.04.2014-cü il tarixdə Tərtər rayonundan hərbi xidmətə çağırılıb), müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əhlimanlı Koroğlu Elman oğlu (17.06.1993-cü il təvəllüdlü, 05.07.2011-ci il tarixdə Tərtər rayonundan hərbi xidmətə çağırılıb), müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bəylərov Emin Nuqay oğlu (01.02.1992-ci il təvəllüdlü, 30.06.2014-cü il tarixdə Tərtər rayonundan hərbi xidmətə çağırılıb) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hərbi qulluqçulara ilkin tibbi yardım göstərildikdən sonra onlar hospitala yerləşdiriliblər.
Koroğlu Əhlimanlının vəziyyəti stabil ağır, Nurlan Rəfizadə və Emin Bəylərovun vəziyyəti isə kafi qiymətləndirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən xəsarət alanlara xüsusi tibbi yardım göstərilməsi üçün 1 ədəd müasir tipli reanimobillə Silahlı Qüvvələrin baş neyrocərrahı və reanimatoloqu təcili hadisə yerinə ezam olunub.

Zakir Həsənov qəzaya düşən hərbçilərlə bağlı ƏMR VERDİ
Oxşar yazılar

Naxçıvanda 34 yaşlı kişi qətlə yetirilib, onu öldürməkdə əmisi şübhəli bilinir
13 iyul 2025 , 13:21
Aeroport yolunda QƏZA
13 iyul 2025 , 12:42
Sumqayıtda güllələnmə: bir nəfər öldü
13 iyul 2025 , 11:50
Qazaxda əkin sahəsində FACİƏ: traktorda kişi meyiti tapıldı
13 iyul 2025 , 11:34
Ölkədən qaçmaq üçün qayınanası ilə evləndi
13 iyul 2025 , 11:28
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU - YENİLƏNİB
13 iyul 2025 , 08:08
Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28