Nazir daha bir hərbi hissəsində olub.
Azərbaycanın müdafiə naziri Hərbi Hava Qüvvələrinin daha bir hərbi hissəsinə gedib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 24-də nazir, general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin daha bir hərbi hissəsinə baş çəkib. Müdafiə naziri hərbi aerodromun uçuş-enmə zolaqları, təyyarələrin döyüşə hazırlığının səviyyəsi və hərbi şəhərciyin vəziyyəti ilə tanış olub.
General-polkovnik Zakir Həsənov hərbi hissənin şəxsi heyətilə keçirilən görüşdə diqqətin daim peşəkarlığın artırılmasına və onun yüksək səviyyədə saxlanılmasına yönəldib. Bir qrup hərbi qulluqçuya medal və qiymətli hədiyyələr təqdim olunub.
Müdafiə naziri döyüş tapşırıqlarının daha operativ və səmərəli yerinə yetirilməsi, aviasiya və hava hücumundan müdafiə ilə bağlı planlaşdırılan tədbirlərlə əlaqədar tapşırıqlar verib.