Dekabrın 4-də ölkə ərazisində baş vermiş yol qəzalarında 5 nəfər dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, gün ərzində ümumilikdə 16 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalarda həlak olan 5 nəfərdən başqa 17 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bakıda baş vermiş qəzalarda 2 nəfər həyatını itirib. Nizami və Xətai rayonlarında piyadalar qəzanın qurbanı olub. Ölümlə nəticələnən digər qəzalar Bərdə, Ağstafa və Goranboyda baş verib.