Oktyabrın 23-də Azərbaycanda baş vermiş yol qəzalarında 5 nəfər dünyasını dəyişib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, ölkə ərazisində gün ərzində 13 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 5 nəfər dünyasını dəyişib, daha 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Ən ağır yol qəzası Xaçmaz rayonunda baş verib. Yük maşını, traktor və minik avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, daha bir neçə nəfər isə yaralanıb.
Hər bir hadisə ilə bağlı araşdırma aparılır.
Nizam