Noyabrın 4-də Azərbaycan yollarında baş vermiş qəzalarda 4 nəfər həlak olub. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, gün ərzində ümumilikdə 10 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalarda 4 nəfər ölb, 26 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Ən ağır qəza Salyan rayonunda baş verib. “Wolsfagen” markalı minik avtomobili “Man” markalı yük maşınına çırpılıb. Nəticədə 2 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölümlə nəticələnən digər hadisələr Şəmkir və Saatlı rayonlarında qeydə alınıb.