Yol polisindən motosiklet sürücülərinə müraciət
18 oktyabr 2013 16:37 (UTC +04:00)

Yol polisindən motosiklet sürücülərinə müraciət

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi motosiklet sürücülərinə müraciət edib.


 

İdarədən APA-ya verilən məlumata görə, son vaxtlar sürücülər tərəfindən standartlara uyğun olmayan, səs boğucu və əlavə avadanlıq quraşdırılan nəqliyyat vasitələrinin, xüsusilə motosikletlərin idarə olunması halları çoxalıb ki, onların da yaratdığı səs-küy paytaxt sakinlərinin və ictimaiyyətin haqlı narazılıqlarına zəmin yaradır.

 

Əhalinin çoxsaylı müraciətləri və təklifləri nəzərə alınaraq, motosiklet sürücülərinə saat 23:00-dan 08:00-a qədər motosikletlərdən istifadə etməmək tövsiyə olunur. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1538
avatar

Oxşar yazılar