Yol polisi xəstəxanada öldü
12 dekabr 2013 15:19 (UTC +04:00)

Yol polisi xəstəxanada öldü

Bu gün Baş Dövlət Yol Polisi İdarəsi, Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, yol polisi inspektoru vəzifəsində çalışmış Həsənov Xıdır Sovet oğlu yaşadığı evdə özünü pis hiss edib. Təcili tibbi yardım maşını ilə o, Bakıdakı klinikalardan birinə gətirilən yol polisi əməkdaşı burada ölüb.

Qeyd edək ki, dünyasını dəyişən polis əməkdaşı Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun yaxın qohumudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3758
avatar

Nizam Rza

Oxşar yazılar