Daxili İşlər Nazirliyi Yevlaxda baş vermiş bədbəxt hadisələrlə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 6-da Yevlax rayonunun Varvara kəndində yaşayan Rafiq Vəliyev həyətində elektrik cərəyanı vurması nəticəsində ölüb.
Bundan başqa dünən Yevlax rayonunun İsmayılabad kəndində rayon sakini, azyaşlı Ayxan Əkbərov su kanalına düşərək boğulub. Onun meyiti sudan çıxarılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.