Yaxın 3 gün ərzində hava necə olacaq? - PROQNOZ
27 oktyabr 2014 12:38 (UTC +04:00)

Yaxın 3 gün ərzində hava necə olacaq? - PROQNOZ

Yaxın 2-3 ərzində Azərbaycanda müşahidə olunacaq hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 2-3 dərəcə yüksələcək.

 

Yaxın 2-3 gün ərzində Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Oktyabrın 28-də gecəyə doğru və oktyabrın 29-da yarımadanın bəzi yerlərində yağış yağacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

 

Azərbaycanın bölgələrində isə bəzi yerlərdə duman olacağı, əsasən şimal və şərq rayonlarında yağıntı olacağı gözlənilir.

 

Havanın temperaturu Bakı və Abşeron yarımadasında günorta saatlarında 12-15 dərəcə isti, Aran rayonlarında 10-15 dərəcə isti, dalıq rayonlarda isə 5-10 dərəcə isti olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2280
avatar

Oxşar yazılar