Yaşar Cəfərli baş prokurora müraciət etdi
07 aprel 2013 22:22 (UTC +04:00)

Yaşar Cəfərli baş prokurora müraciət etdi

“Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri Yaşar Cəfərli baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubova ərizə ilə müraciət edib.

 

Y. Cəfərli lent.az-a göndərdiyi ərizəsində bu il aprelin 2-də Yasamal rayonunda Yeni Yasamal yaşayış massivində yaşadığı binanın həyətində 2 nəfər tanımadığı şəxsin hücumuna məruz qaldığını, nəticədə bədən xəsarəti aldığını bildirib: “Ətrafda olan qonşuların köməyi ilə mənə qarşı xuliqanlıq edən şəxsləri saxlamaq istədik. Onlar həmin şəxslərə də müqavimət göstərərək fiziki zərbələr endirməyə başladılar. Nəticədə onlardan bir qaçıb getdi. Digər xuliqanı isə saxlaya bildik. İkinci xuliqanı saxladıqdan sonra dərhal hadisə yerinə polis çağırdıq. Yasamal rayonu 29-cu polis bölməsinin bir neçə əməkdaşı hadisə yerinə gəldilər. Xuliqanlıq etmiş həmin şəxs və mən polis bölməsinin əməkdaşlarının müşayəti ilə Yasamal rayon 29-cu polis bölməsinə gəldik. Bölmənin qabağına həmçinin mənim qonşularım da gəldilər. Polis bölməsində saxlanılan şəxs yoxlanılarkən üstündə soyuq silah olan bıçaq da tapıldı”.

 

Daha sonra polisə şikayət ərizəsi təqdim etdiyini deyən Y. Cəfərli bildirib ki, ondan hadisə ilə bağlı ətraflı izahat da alıblar.

 

Aprelin 3-də məhkəmə-tibbi ekspertizasından keçdiyi qeyd edən Y. Cəfərli polis təhqiqatçısının hadisə yerinə onunla birgə baxış keçirdiyini də əlavə edib: “ Daha sonra səhətim pisləşdiyi üçün Bakı şəhəri 1 saylı xəstəxanaya müraciət etdim. Müayinədən sonra mənə tibbi yardım göstərildi və ambalator müalicə olunmağım tövsiyə olundu. Elə həmin gün saat 16.00 radələrində 29-cu polis bolməsi ilə əlaqə saxladım. Mənə bildirildi ki, iş materialları və saxlanılan şəxs Yasamal rayon pokurorluğuna təhvil verilib”.

 

 

Y. Cəfərli bildirib ki, ayın 4-də Yasamal rayon prokuroru Həsrət Pirməmmədov onu qəbul edib: “ Rayon prokuroru mənə bildirdi ki, hadisə ilə əlaqədar saxlanılan şəxs hərbi qulluqçu olduğu üçün 03.04.2013-cü il tarixində iş materialları qanuna müvafiq surətdə Baş Prokurorluğa göndərilib, bu işə qanunla Hərbi Prokurorluq baxmalıdır”.

 

 

Y. Cəfərli hadisədən 5 gün vaxt keçdiyini, heç bir istintaq hərəkətləri aparılmadığını, zərərçəkən kimi tanınmadığnı qeyd edib və saxlanılan şəxsin də azadlığa buraxılması ilə bağlı etirazını bildirib və təhqiqatın nəticələri ilə bağlı məlumat almaq istədiyini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 986
avatar

Oxşar yazılar