Bu ilin ilk ayında Azərbaycanda əhali arasında 64 qida zəhərlənməsi hadisəsi baş verib.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, bu hadisələr nəticəsində ümumilikdə 92 nəfər zərər çəkib.
Ötən ay ölkədə 6 botulizm hadisəsi qeydə alınıb ki, nəticədə 9 nəfər zəhərlənib, 1 nəfər dünyasını dəyişib. Bu da ev şəraitində hazırlanan pomidor turşusundan baş verib.