Baş redaktorun yanaraq öldüyü hadisə ilə bağlı <span style="color:red;">CİNAYƏT İŞİ  başlandı - <span style="color:red;">YENİLƏNİB
28 aprel 2014 11:38 (UTC +04:00)

Baş redaktorun yanaraq öldüyü hadisə ilə bağlı CİNAYƏT İŞİ başlandı - YENİLƏNİB

Aprelin 26-da Bakı şəhərinin Suraxanı rayonunda “Mizan Tərəzi” qəzetinin baş redaktorunun yanaraq öldüyü hadisə ilə bağlı cinayət işi açılıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi 149 ünvanında 1977-ci il təvəllüdlü Mehdiyev Natiq Qeys oğluna məxsus 200 kvadrat metr sahəli evdə baş verən yanğın hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb. Cinayət işinin materialları araşdırılması üçün Suraxanı rayon Prokurorluğundan Bakı şəhər Prokurorluğuna göndərilib.

 

Lent.az-ın əldə etdiyi digər məlumata görə, Ağdam rayon Üçoğlan kənd sakini, “Mizan Tərəzi” qəzetinin baş redaktoru, 1989-cu il təvəllüdlü Sultanov Sadiq Arazxan oğlunun yanaraq öldüyü hadisənin baş verdiyi ev həmin qəzetin əməkdaşına məxsus olub. Bildirilir ki, Bülbülə qəsəbəsindəki ev “Mizan Tərəzi” qəzetində redaktor müavini vəzifəsində çalışan 1977-ci il təvəllüdlü Mehdiyev Natiq Qeys oğluna məxsus olub. S.Sultanov həmin evdə müvəqqəti yaşayırmış. Yanğın zamanı S.Sultanovun tüstüdən boğulduğu və evi tərk edə bilmədiyi bildirilir.

 

Qeyd edək ki, bir neçə gün əvvəl "Mizan Tərəzi" qəzetində baş redaktor Sadiq Sultanovun katibəsi işləyən qadın Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə şikayət edərək S.Sultanovun ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsini bildirmişdi. Həmin müraciət əsasında da araşdırmalar davam etdirilirdi.  

 

*****

 

27.04.2014 / 12:28

 

Aprelin 26-da Bakının Suraxanı rayonunda mənzildə yanaraq ölən şəxsin "Mizan Tərəzi" qəzetinin baş redaktoru olduğu dəqiqləşib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi 149 ünvanında 1977-ci il təvəllüdlü Mehdiyev Natiq Qeyis oğluna məxsus 200 kvadrat metr sahəli evdə baş verən yanğın nəticəsində ölən şəxs 1989-cu il təvəllüdlü Sultanov Sadiq Arazxan oğludur. S.Sultanov "Mizan Tərəzi" qəzetinin baş redaktoru vəzifəsində çalışırmış.

 

Hadisənin bədbəxt olay nəticəsində baş verməsi və ya qəsdən törədilməsi hələlik məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.

 

Qeyd edək ki, bir neçə gün əvvəl "Mizan Tərəzi" qəzetində baş redaktor Sadiq Sultanovun katibəsi işləyən qadın Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə şikayət edərək S.Sultanovun ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsini bildirmişdi. Həmin müraciət əsasında da araşdırmalar davam etdirilirdi.  

 

`````

 

01:04

 

Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində Ağdam rayon sakininin yanmış meyiti tapılıb.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayon sakini Soltanov Sadiq Arazxan oğlu ötən gecə sözügedən yaşayış məntəqəsinə, dostugildə gecələməyə gedib. Bu gün onun meyiti yanmış halda aşkarlanıb.

 

Məlumata görə, S. Soltanovun üzərinə benzin tökərək od vurublar. Onun qisas zəminində öldürüldüyü bildirilir.

 

Mərhumun cəsədi bu gün axşam saatlarında doğulduğu Üçoğlan kəndinə gətirilərək dəfn olunub.

 

Onun ölümünün səbəbləri araşdırılır.

 

 

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında olub. Fövqəladə Hallar Nazirliyinin saytında yanğınla bağlı məlumat verilib. Məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 200 kv.m olan birmərtəbəli, 4 mənzildən ibarət yaşayış binasında (arakəsmə və tavanı taxta konstruksiyalardan ibarət) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1989-cu il təvəllüdlü Soltanov Sadiq Arazxan oğlunun cəsədi aşkar olunub.

 

Binanın qalan hissəsi yanğından mühafizə edilib. Yanğın saat 09:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

Xatırladaq ki, aprelin 19-da vesti.az saytı Binəqədi rayonunda zorlama hadisəsi baş verməsi barədə xəbər yayıb.

 

Xəbərdə bildirlib ki, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə 28 yaşlı Sevinc Rəhmanova (ad şərtidir-red ) müraciət edərək aprelin 10-da Ziya Bünyadov prospektində yerləşən “M...” qəzetinin baş redaktoru tərəfindən zorlandığını bildirib.

 

 

S. Rəhmanova şikayət ərizəsində həmin qəzetdə işlədiyini və elə qəzet redaksiyasında zorlandığını qeyd edib.

 

Polis idarəsindən verilən məlumata görə, hələlik baş redaktorun günahkar olduğu sübut edilməyib. Bundan başqa, müstəntiq niyə qızın məhz 9 gündən sonra müraciət etdiyini araşdırır. Zorlama faktının sübut olunmasının çətin olduğu bildirilir. Çünki iddia olunan hadisədən 9 gün keçib.

 

ANS-Press isə yazıb ki, hadisə “Mizan Tərəzi” qəzetinin redaksiyasında baş verib. Maraqlıdır ki, bir neçə media orqanı bu qəzetin baş redaktorunun adını Azər Əliyev kimi təqdim edib.

 

Lakin bu gün politika.az və azxeber.com saytları işçisini zorlayan baş redaktorun məhz cəsədi yanmış halda aşkarlanmış S. Soltanov olduğu barədə xəbər verib. 

 

# 14989
avatar

Nizam Rza

Oxşar yazılar

Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20
Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09
İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27