Yanacaqdoldurma məntəqəsinə saxta 100 manatlıq veriblər
28 sentyabr 2015 13:30 (UTC +04:00)

Yanacaqdoldurma məntəqəsinə saxta 100 manatlıq veriblər

0

Yevlax rayon sakinlərinin saxta 100 manatlıqla alver etməsi məlum olub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 26-da “Mercedes” markalı avtomobildə Bərdə rayonunun Mehdili qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş naməlum şəxs doldurduğu yanacağın əvəzinə 100 manatlıq saxta əskinas verib. Bərdə RPŞ əməkdaşlarının həyat keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax rayon sakinləri Ramiz Əliyev və Nurlan Heydərov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 291

Oxşar yazılar