İyulun 5-də gecə Gürcüstanın Rustavi şəhərində güclü külək əsib, dolu və yağış yağıb.
Lent.az-ın «interfaks»a istinadən məlumatına görə, baş vermiş təbii fəlakət şəhərin infrastrukturuna ciddi ziyan vurub.
Qasırğa evlərin, o cümlədən poçtun binasının dam örtüyün qoparıb, ağaclar aşıb, qaz kəməri və elektrik xətləri sıradan çıxıb.
Yağış suyu küçələri basıb, nəqliyyatın hərəkətinə problem yaranıb.
Şəhərin böyük bir hissəsi işıqsız qalıb.
Mənbənin məlumatına əsasən, olay yerində uyğun qurumların halların əməkdaşları problemlərin aradan qaldırması ilə məşğuldur.