Xəzərdə temperatur artıb
15 oktyabr 2014 18:28 (UTC +04:00)

Xəzərdə temperatur artıb

“İqlim dəyişiklikləri nəticəsində Azərbaycan ərazisində havanın temperaturu yüksəlib”.

 

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib. “İqlim dəyişmələri və onların Xəzər dənizi ekosisteminə təsiri” mövzusunda məruzə ilə çıxış edən R. Məmmədov bildirib ki, temperaturun ən çox yüksəldiyi yer Kiçik Qafqazın şimal-şərq yamacıdır: “Burada temperatur 1,5 dərəcəyə qədər yüksəlib. Ölkə ərazisində yağıntının miqdarı isə getdikcə azalır. Çaylar quruyur və bu da ciddi fəsadlar yaradır”.

 

R.Məmmədov qeyd edib ki, şimali və orta Xəzərdə şiddətli və qasırğalı küləklərin intensivliyi azalıb, istiqaməti isə şimaldan şərqə istiqamətlənib. Onun sözlərinə görə, bunun nəticəsində təbiətdə, ekologiyada müəyyən dəyişikliklər yaranacaq: “İqlim dəyişmələri nəticəsində Xəzər dənizində temperatur və sıxlığın dərinliyi artıb. Avqustun ortalarından sentyabrın ortalarına kimi Xəzərin böyük ərazisində temperaturu 1 dərəcə artıb. Bu isə çox böyük rəqəmdir. Bu ilin may-iyun ayında anomal olaraq Xəzərin səviyyəsi 30 sm-dən çox azalıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 724
avatar

Oxşar yazılar