Volqoqraddakı olayda yaralananların arasında azərbaycanlı da olub - YENİLƏNİB
22 oktyabr 2013 10:12 (UTC +04:00)

Volqoqraddakı olayda yaralananların arasında azərbaycanlı da olub - YENİLƏNİB

Rusiyanın Volqoqrad şəhərində törədilən terror aktı nəticəsində yaralananlar arasında azərbaycanlı da olub. APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Volqoqrad vilayəti qubernatoru və hökumətinin rəsmi internet səhifəsində məlumat yer alıb.

 

Saytda yaralanan 28 nəfərin adları yerləşdirilib. Yaralılar arasında milliyyətcə azərbaycanlı, 1997-ci il təvəllüdlü Əliyev Nail Naib oğlunun olduğu bildirilir.

 

Qeyd edək ki, hadisə bu gün Moskva vaxtı ilə saat 14.45-də “Lesobaza” dayanacağı yaxınlığında baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 28 nəfər yaralanıb. “LiAZ” markalı avtobusda ümumilikdə 40-a yaxın adam olub.

 

Rusiya hüquq-mühafizə orqanları sərnişin avtobusunda baş vermiş partlayışın Mahaçqala sakini Naidə Asiyalovanın törətdiyi barədə məlumat yayıb.         

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1758
avatar

Oxşar yazılar