Bərdə rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Mustafaağalı kənd sakini, 1956-cı il təvəllüdlü Seyidov Nazir Behbud oğlu yaşadığı evin həyətindəki tikilidə özünü asıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət iş başlanılıb.
N.Seyidov ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, N.Seyidov poçt şöbəsinin müdiri olub.